Sabah Azərbaycan Super Liqasında ikinci dövrənin oyunlarına start veriləcək
Fevralın 1-də qadın voleybolçular arasında Azərbaycan Super Liqasında ikinci dövrənin oyunlarına start veriləcək.

Ölkə çempionatının dördüncü turu Azərbaycan Voleybol Federasiyasının idman zalında təşkil olunacaq.
Günün ilk matçında – saat 16:00-da “Murov”la “Azərreyl” üz-üzə gələcəklər. Bu qarşılaşmadan 2 saat sonra UNEC – “Abşeron” oyununa start veriləcək.

Qeyd edək ki, birinci dövrədən sonra “Abşeron” 9, “Azərreyl” 6, UNEC 2, “Murov” isə 1 xala malikdir.

Xatırladaq ki, pandemiya səbəbindən karantin qaydalarına uyğun keçirilən oyunlara azarkeşlər buraxılmayacaq.

Xəbər 361 dəfə oxundu.