Şamaxı şəhər stadionuna salınmış süni örtük FIFA-nın “Quality Pro” sertifikatına layiq görülüb
Şamaxı şəhər stadionuna salınmış süni örtük FIFA-nın “Quality Pro” sertifikatına layiq görülüb.

Azsport.az AFFA-nın rəsmi saytına istinadla xəbər verir ki, ali futbol qurumunun bu keyfiyyət nişanı stadionda beynəlxalq oyunların keçirilməsinə imkan verir.

Qeyd edək ki, hüquqi prosedurlar başa çatdıqdan sonra cari ildə “Keşlə”nin adının dəyişdirilərək “Şamaxı” futbol klubu adlandırılması və ev oyunlarını Şamaxı şəhər stadionunda keçirməsi qərara alınıb.

Xəbər 282 dəfə oxundu.