Azərbaycan Yüksək Liqasında növbəti görüşlərin başlama yeri və vaxtı dəqiqləşib
Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında növbəti görüşlərin başlama yeri və vaxtı dəqiqləşib.

Azsport.az Azərbaycan Voleybol Federasiyasına istinadla xəbər verir ki, birinci dövrə çərçivəsində keçiriləcək matçlar fevralın 2-də və 5-də təşkil olunacaq.

Fevralın 2-də saat 15:00-da IV turun MOİK – “Sərhədçi”, ardınca 17:00-da isə “Murov” – “Neftçi” matçı keçiriləcək.

Fevralın 5-də isə üçüncü turdan təxirə salınan “Sərhədçi” – “Murov” qarşılaşması olacaq. Oyunun start fiti saat 15:00-da veriləcək.

Görüşlər “Murov” voleybol klubunun idman zalında baş tutacaq.

Qeyd edək ki, pandemiya səbəbindən karantin qaydalarına uyğun keçirilən oyunlar azarkeşsiz keçiriləcək.

Xəbər 296 dəfə oxundu.