Parisdə keçiriləcək “Böyük dəbilqə” turnirində 6 cüdoçumuz iştirak edəcək
Fevralın 5-də Parisdə cüdo üzrə “Böyük dəbilqə” turniri start götürəcək.

Azsport.az Beynəlxalq Cüdo Federasiyasının saytına istinadla xəbər verir ki, turnirdə Azərbaycanın 6 cüdoçusunun iştirakı planlaşdırılıb. Belə ki, kişilər arasında Kəramət Hüseynov (60 kq), Rüstəm Orucov, Hidayət Heydərov (73 kq), Məmmədəli Mehdiyev (90 kq), Zelim Kotsoev (100 kq), Uşangi Kokauri (+100 kq) mübarizə aparacaqlar.

Yarış iki gün davam edəcək.

Turnirdə iştirak etmək üçün indiyədək 58 ölkədən 344 idmançı qeydiyyatdan keçib.

Xəbər 276 dəfə oxundu.