“Universiada-2023”ün obyektləri vaxtında istismara veriləcək
“Universiada-2023”ün obyektlərinin tikintisinin ləngiməsi onların istismara verilməsinə təsir göstərməyəcək.

Bu barədə mətbuat konfransında Sverdlovsk vilayətinin qubernatorunun müavini Pavel Krekov məlumat verib.

Məlumatda qeyd edilib ki, yarışların keçiriləcəyi obyektlərin tikintisi plana uyğun gedir və pandemiya səbəbindən Oyunların təxirə salınmasından söhbət gedə bilməz. Bundan başqa, tikinti qrafikindəki geriliyi tez bir zamanda aradan qaldırmaq üçün bütün lazımi resursların olduğu vurğulanıb.

İtaliyanın Neapol şəhərində keçirilən XXX Yay Universiadasında Azərbaycan milli komandası 2 qızıl, 3 gümüş və 2 bürünc medal qazanaraq komanda hesabında 18-ci yerdə qərarlaşıb.

Qeyd edək ki, növbəti - XXXII Ümumdünya Yay Universiadası avqustun 8-dən 19-dək Yekaterinburqda keçiriləcək. Yarış proqramına 247 dəst medalın oynanılacağı 18 idman növü daxildir.

Xəbər 264 dəfə oxundu.