“Karapapak Fight Club & Promotion”un təşkilatçılığı ilə ölkəmizdə növbəti dəfə peşəkar boks üzrə reytinq döyüşləri keçirilib
Azərbaycan Peşəkar Boks Federasiyasının dəstəyi və “Karapapak Fight Club & Promotion”un təşkilatçılığı ilə ölkəmizdə növbəti dəfə peşəkar boks üzrə reytinq döyüşləri keçirilib.

Gecənin açılışını “Karapapak Fight Club & Promotion”un prezidenti Aqil Acalov edib. O, yarış iştirakçılarını salamladıqdan sonra bildirib ki, bu cür reytinq döyüşlərinin keçirilməsində məqsəd ölkəmizdə peşəkar boksçuların yetişdirilməsi, həmçinin onların bu cür döyüşlərlə təcrübə qazanmaqlarını təmin etməkdir.

Gecədə yüngül, orta və ağır çəki dərəcələrində yeddi döyüş keçirilib. Baş tutmuş bütün döyüşlər boksçuların reytinq qeydiyyatına əlavə olunub.

“Karapapak Fight Club & Promotion” Peşəkar Boks Federasiyası tərəfindən rəsmi olaraq qeydiyyata alınıb və lisenziya əldə etmiş təşkilatdır. Bu təşkilat tərəfindən keçirilən döyüşlərdə boksçuların əldə etdikləri uğurlar “BoxRec” tərəfindən tanınaraq onların reytinq cədvəlinə əlavə olunur.

Qeyd edək ki, bu “Karapapak Fight Club & Promotion” tərəfindən keçirilən ilk beynəlxalq tədbir deyil. Təşkilat bundan əvvəl də bu cür tədbirlərin təşkilatçısı olub və irəlidə də davamlı olaraq bu cür tədbirlər təşkil etməyi planlaşdırır. Baş tutmuş sözügedən tədbir pandemiya qaydalarına uyğun olaraq tamaşaçısız təşkil edilsə də, gələcəkdə pandemiyanın bitəcəyi zamanlarda şou xarakterli döyüş gecələrinin keçirilməsi də planlaşdırılır.


Xəbər 279 dəfə oxundu.