Millimizin beynəlxalq turnir üçün heyəti açıqlanıb
On səkkiz yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası fevralın 3-dən 14-dək Belarusun paytaxtı Minskdə təşkil ediləcək beynəlxalq turnirdə iştirak edəcək.

Azsport.az AFFA-ya istinadla xəbər verir ki, bu məqsədlə fevralın 1-dən 3-dək Bakıda hazırlıq keçəcək millimiz “Neftçi”nin əvəzedici heyəti ilə yoxlama oyununda üz-üzə gələcək.

Heyətə Xəyal Fərzullayev (“Sumqayıt”), Əsgər Məmmədov, Emil Həbibov (“Sabah”), Ömər Qurbanov (“Neftçi”), Musa Məmmədov (“Qarabağ”), Murad Musayev (“Qəbələ”), Həmzəalı Mikayılov (“Sabah”), Hacıəli Şirəliyev (“Səbail”), Allahverdi Rəhimov (“Qəbələ”), Nihad Əliyev (“Neftçi”), Şahin Şahniyarov (“Qəbələ), Murad Ələkbərov (“Zirə”), Fəxri Məmmədli (“Sabah”), Edqar Ədilxanov (“Keşlə”), Eşqin Əhmədov (“Qəbələ”), Nihad Əhmədzadə (“Sumqayıt”), Murad Məmmədov (“Neftçi”), Ceyhun Hacıyev (“Paderborn”, Almaniya), Nihad Əliyev (“Zenit SŞOR”, Rusiya), Adəm Topalov (“Səbail”), Sənan Ağalarov (“Qəbələ”) və Sadiq Şəfiyev (“Turan Tovuz”) dəvət olunublar.

Millimizin ilk oyununu fevralın 6-da Qırğızıstan seçməsinə qarşı keçirəcək. Ertəsi gün komandamız Belarus, fevralın 9-da Qazaxıstan, ayın 10-da isə Tacikistan ilə üz-üzə gələcək.

Xəbər 287 dəfə oxundu.