Makedoniya yığmasının heyəti açıqlanıb
Makedoniya yığmasının heyəti açıqlanıb. Komandanın yeni baş məşqçisi Çedomir Yanevski 7-11 sentyabrda Xorvatiya və Şotlandiya ilə rəsmi oyunlar üçün 23 futbolçuya dəvət göndərib.
Yanevski Azərbaycan Premyer Liqasını yaddan çıxarıb. Belə ki, yeni çalışdırıcı “Bakı”nın qapıçısı Edin Nuredinoski və “Qarabağ”ın yarımmüdafiəçisi Muarem Muaremə dəvət göndərməyib.

Xəbər 899 dəfə oxundu.