Azərbaycan velosipedçisi Əli Qurbanov Türkiyənin “Sakarya BB Pro Team” kontinental klubuna keçib
Şose velosipedi üzrə U-23 yığma komandamızın üzvü Əli Qurbanov Türkiyənin “Sakarya BB Pro Team” kontinental klubuna keçib.

Bununla bağlı qardaş ölkə təmsilçisinin sosial media hesabında “Komandaya xoş gəldin Əli Qurbanov” başlığı altında paylaşım edilib.

Artıq Ə.Qurbanov yeni komandasının heyətində debüt edib – velosipedçimiz bazar günü Alanya bölgəsində keçirilən 1.2 kateqoriyalı “Grand Prix Megasaray” yarışında mübarizə aparıb və 126 kilometr məsafəni 2 saat, 46 dəqiqə, 4 saniyəyə başa vurub.

Qeyd edək ki, 21 yaşlı idmançımız “Sakarya BB Pro Team” klubunda çıxış edən sayca ikinci velosipedçimizdir. Elit yığmamızın kapitanı Elçin Əsədov artıq ikinci mövsümdür ki, Türkiyə təmsilçisinin heyətində mübarizə aparır.

Xəbər 504 dəfə oxundu.