Cəbəllütariqdə keçirilən turnirin altıncı turunda şahmatçımız Günay Məmmədzadə məğlub olub
Cəbəllütariqdə kişilər və qadınlar arasında keçirilən “Gıbchess Battle of the sexes 2022” komanda turniri davam edir.

Müxtəlif ölkələrin təmsilçilərin qatıldıqları yarışda Azərbaycanı Günay Məmmədzadə təmsil edir. Şahmatçımız 6-cı turda öz lövhəsində Avstriya təmsilçisi Bobbi Çengə məğlub olub. Bu mərhələdə qadınlardan ibarət komanda kişilərin yığmasına 3,5:6,5 hesabı ilə məğlub olub. Ötən turların nəticəsinə görə, kişilərdən ibarət yığma komanda qadın şahmatçılarını 31:29 hesabla üstələyir.

On turdan ibarət turnir fevralın 3-dək davam edəcək.

Xəbər 502 dəfə oxundu.