Nəsimi rayonunda Azərbaycan Gəncləri Gününə həsr olunmuş boulinq turniri keçirilib
Nəsimi rayonunda tələbələr arasında 2 fevral – Azərbaycan Gəncləri Gününə həsr olunmuş boulinq turniri keçirilib.

Turnir Nəsimi Rayon Gənclər və İdman İdarəsi və Azərbaycan Universiteti Tələbə Gənclər Təşkilatının birgə təşkilatçılığı ilə baş tutub.

“Gənclər həftəsi” çərçivəsində təşkil olunan yarışın yekun nəticələrinə əsasən “Hədəf” komandası birinci yeri tutub. “Zəfər” komandası ikinci, “Qələbə” komandası isə üçüncü yerə layiq görülüb.

Qalib və mükafatçılar kubok, diplom və medallarla təltif olunublar.

Xəbər 449 dəfə oxundu.