Afrika Millətlər Kubokunun bütün yarımfinalçıları müəyyənləşib
Futbol üzrə Afrika Millətlər Kubokunun bütün yarımfinalçıları müəyyənləşib.

Dörddəbir final mərhələsinin ikinci oyun günündə iki qarşılaşma baş tutub.

Günün ilk matçında Misir yığması Mərakeş seçməsi ilə üz-üzə gəlib. Misirlilər əlavə vaxtda Mərakeşə 2:1 hesabı ilə qalib gəlib. Qarşılaşma Kamerunun paytaxtı Yaunde şəhərində keçirilib. Misir yığmasının qollarını Məhəmməd Salah (53-cü dəqiqə) və Trezeqe (100) vurub. Mərakeşin heyətində isə Sofian Bufal fərqlənib (7).

Yarımfinalda Misir yığması dörddəbir finalda Qambiya komandasını məğlub edən (2:0) Kamerun komandası ilə oynayacaq.

Son iştirakçının adı Seneqal və Qvineya yığmaları arasında keçirilən görüşdən sonra bəlli olub. Matç senqallıların 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Seneqalın heyətində Famara Diyedu (28), Şeyx Kuyate (68), İsamyıla Sarr (78), Qvineyanın heyətində isə Jannik Buyla fərqlənib. Seneqal millisi yarımfinalda Burkino-Faso yığması ilə üz-üzə gələcək.

Yarımfinal görüşləri fevralın 2-də və 3-də keçiriləcək.

Xəbər 419 dəfə oxundu.