Sablya üzrə milli komandamız dünya kubokunda ikinci olub
Sablya üzrə milli komandamız dünya kubokunda ikinci olub.

Anna Başta, Sevil Bünyatova, Valeriya Bolşakova və Polina Kaspiaroviçdən ibarət kollektiv Bolqarıstanın Plovdiv şəhərində keçirilən dünya kubokunun mərhələ yarışının finalında Fransa millisinə 39:45 hesabı ilə uduzub.

Yığmamız finala gedən yolda ABŞ (45:39), Macarıstan (45:39) və Bolqarıstanı (45:39) təmsil edən komandalara qalib gəlib.

Xəbər 325 dəfə oxundu.