Sablya üzrə qadınlardan ibarət Azərbaycan komandası dünya kubokunun finalına yüksəlib
Sablya üzrə qadınlardan ibarət komandamız dünya kubokunun finalına yüksəlib.

Anna Başta, Sevil Bünyatova, Valeriya Bolşakova və Polina Kaspiaroviçdən ibarət kollektiv Bolqarıstanın Plovdiv şəhərində keçirilən dünya kubokunun mərhələ yarışında finala yüksəlib. Komandamız yarımfinalda Bolqarıstan millisini 45:32 hesabı ilə məğlub edib.

Qılıncoynadanlarımız finalda Fransa seçmə kollektivi ilə qarşılaşacaq.

Xəbər 313 dəfə oxundu.