Azərbaycanın daha bir cüdoçusu Qran-Pri yarışından koronavirusa görə kənarlaşdırılıb
Cüdoçumuz İmran Yusifov (+100 kq) Portuqaliyanın Almada şəhərində keçirilən Qran-Pri yarışından kənarlaşdırılıb.

İdmançının təkrar yoxlama zamanı PCR testinin nəticəsi pozitiv çıxıb. Bundan əvvəl İ.Yusifovdan Bakıda bir, Portuqaliyada iki test götürülüb və hamısının nəticəsi neqativ olub.

Portuqaliyanın daxili qaydalarına əsasən, o, 7 gün müddətinə təcrid olunub.

Məlumatda bildirilir ki, İ.Yusifovun, həmçinin nəticələri daha əvvəl pozitiv çıxan bütün heyət üzvlərinin sağlamlıq vəziyyətləri qənaətbəxşdir, ciddi ağırlaşma halları yoxdur. Bütün heyət üzvlərinin müalicəsi Azərbaycan Cüdo Federasiyasının ciddi nəzarəti altındadır və onlar ehtiyac duyulan bütün tibbi və digər vasitələrlə təmin ediliblər.

Qeyd edək ki, bu gün yarışın son günündə yığma üzvlərindən Adil Kərimli (100 kq) və Uşanqi Kokauri (+100 kq) mübarizə aparırlar.
Xatırladaq ki, Qran-Pri turnirində komandamızın üzvü Balabəy Ağayev (60 kq) gümüş medal qazanıb. Azərbaycan 41 ölkədən 300-ə yaxın idmançının mübarizə apardığı turnirə 5 cüdoçu ilə qatılıb.

Xəbər 605 dəfə oxundu.