Şəhriyar Məmmədyarov “Tata Steel Masters” turnirinin sonuncu turunda Fabiano Karuana ilə qarşılaşacaq
Yanvarın 30-da Niderlandın Veyk-an-Zee şəhərində “Tata Steel Masters” şahmat turnirinin sonuncu turunun oyunları keçiriləcək.

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov 13-cü turda ABŞ təmsilçisi Fabiano Karuana ilə qarşılaşacaq.

Qeyd edək ki, 12 turdan sonra Ş.Məmmədyarov 7,5 xalla macarıstanlı Riçard Rapport ilə 2-3-cü pillələri bölüşür.

Turnir cədvəlinə 8,5 xalla hazırkı dünya çempionu norveçli Maqnus Karlsen başçılıq edir.

Dairəvi sistem üzrə keçirilən yarışda 14 şahmatçı iştirak edir.

Xəbər 627 dəfə oxundu.