Qran-Pri turnirinin son günündə Azərbaycanın üç cüdoçusu mübarizə aparacaq
Portuqaliyanın Almada şəhərində yanvarın 30-da keçiriləcək Qran-Pri turnirinin üçüncü-son günündə Azərbaycanın üç cüdoçusu - Adil Kərimli (100 kq), İmran Yusifov, Uşanqi Kokauri (+100 kq) tatamiyə çıxacaq.

Adil Kərimli israilli Stanislav Bançuk, İmran Yusifov ABŞ təmsilçisi Kristian Konoval, Uşanqi Kokauri isə konqolu Klement Musumadi ilə mübarizə aparacaqlar.

Qeyd edək ki, Qran-Pri turnirində komandamızın üzvü Balabəy Ağayev (60 kq) gümüş medal qazanıb.

Azərbaycan 41 ölkədən 300-ə yaxın idmançının mübarizə apardığı turnirə 5 cüdoçu ilə qatılıb.

Xəbər 407 dəfə oxundu.