Güləşçimiz Birgül Soltanova Rusiyada bürünc medal qazanıb
Rusiyanın Krasnoyarsk şəhərində ikiqat Olimpiya çempionu İvan Yarıginin xatirəsinə keçirilən Qran-Pri turniri davam edir.

Yanvarın 29-da qadın güləşçilərdən ibarət millimizin üzvü Birgül Soltanova (62 kq) fəxri kürsüyə qalxıb. Dörddəbir finalda monqolustanlı Tserençimed Sukxeyə məğlub olan həmyerlimiz rusiyalı Alyona Timofeyevaya "tuşe" ilə qalib gələrək ənənəvi yarışın bürünc medalına sahib olub.

Beləliklə, komandamız turniri 1 qızıl və 1 bürünc medalla başa vurub. Xatırladaq ki, bir gün əvvəl güləşçimiz Alyona Kolesnik (59 kq) yarışda çempion olub.

Xəbər 292 dəfə oxundu.