“Təhsil” Respublika İdman Mərkəzinin boks üzrə respublika birinciliyinin qalibləri müəyyənləşib
“Təhsil” Respublika İdman Mərkəzinin boks üzrə respublika birinciliyi keçirilib.

“Təhsil” Respublika İdman Mərkəzinin 1 nömrəli Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin boks zalında təşkil olunan yarışda 13 çəki dərəcəsində 87 idmançı mübarizə aparıb.

Yekun nəticələrə görə, Tofiq Quliyev (48 kq), Amin Məmmədzadə (51 kq), Mahir Süleymanov (54 kq), Əli Ağayev (57 kq), Maarif Bayramov (60 kq), Rəsul Məmmədov (63,5 kq), Taleh Qasımoğlu (67 kq), Daniel Xalastenko (71 kq), Ənvər Babayev (75 kq), Sərxan Budaqov (80 kq), Elay Səmədov (86 kq), Eldar Əsədli (92 kq) və Səbuhi Əlizadə (92 kq) bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsində yer alıblar.

Qalib və mükafatçılar “Təhsil” Respublika İdman Mərkəzinin diplom və medalları ilə təltif ediliblər. Yarış pandemiya qaydalarına əməl olunmaqla keçirilib.

Xəbər 343 dəfə oxundu.