“Land of Fire-Azerbaijan” komandası qarüstü polo üzrə dünya kuboku turnirinin finalına vəsiqə qazanıb
İsveçrənin Sankt Moritz şəhərində qarüstü polo üzrə 37-ci dünya kuboku turniri davam edir.

Altı komandanın iştirak etdiyi nüfuzlu turnirdə Azərbaycanı “Land of Fire” komandası təmsil edir.

Yanvarın 27-də start götürən yarışda təmsilçimiz bu gün ikinci matçına çıxıb. İlk oyunda “Perrier Jouet” kollektivini üstələyən poloçularımız yarımfinal mübarizəsində 2019-cu ilin çempionu “Badrutts Palace” ilə üz-üzə gəlib. Hesabda geri düşən “Land of Fire” komandası oyunda geridönüş edərək yekunda 4:2 hesabı ilə qalib gəlib. Beləliklə, təmsilçimiz turnirin final matçına vəsiqə qazanıb. Həlledici görüşdə rəqib “Clinique La Prairie” komandası olacaq.
Final matçı yanvarın 30-da baş tutacaq. Görüş Bakı vaxtı ilə saat 17:30-da start götürəcək.

Xəbər 423 dəfə oxundu.