Azərbaycan şahmatçısı Serbiyada keçirilmiş beynəlxalq turnirin qalibi olub
Azərbaycan şahmatçısı Fərid Orucov Serbiyanın Novi Sad şəhərində keçirilmiş şahmat üzrə beynəlxalq turnirin qalibi olub.

Təmsilçimiz səkkiz turdan altı xal toplayaraq yarışın qalibi olub. İkinci yerə beş xalla yerli idmançı Sinisa Drazic layiq görülüb. Üçüncü pillədə isə Bosniya və Herseqovina təmsilçisi Zoran Runic qərarlaşıb. İsveçrə sistemi üzrə keçirilən yarışda 12 şahmatçı iştirak edib ki, onlardan da dördü qrosmeyster olub.

Xəbər 276 dəfə oxundu.