Mingəçevirdə avarçəkmə və kanoe üzrə “Gənclər kuboku” yarışına yekun vurulub
Azərbaycan Milli Avarçəkmə Federasiyası tərəfindən “Tariximizi birgə yaşadaq” şüarı ilə keçirilən avarçəkmə və kanoe üzrə “Gənclər kuboku” yarışına yekun vurulub.

Mingəçevirdəki “Kür” Olimpiya Tədris Mərkəzində təşkil olunan yarışda 70-ə yaxın idmançı iştirak edib.

“Gənclər kuboku”nda idmançılar müxtəlif 3 yaş kateqoriyasında 200 və 500 metr məsafəyə yarışlarda güclərini sınayırlar.

Yarışın mükafatçılarına medal, diplom və xatirə hədiyyələri təqdim olunub.

Yarışı gənclər və idman naziri Fərid Qayıbov, nazir müavini Mariana Vasileva, federasiyanın prezidenti Vüqar Əhmədov da izləyiblər.
Yarışın keçirilməsində əsas məqsəd bu idman növlərinin keçmiş ənənələrinin bərpası və daha da inkişaf etdirilməsi, kütləviliyin təmin olunması, peşəkar komandanın formalaşdırılmasıdır.

Xəbər 461 dəfə oxundu.