Mingəçevirdə avarçəkmə və kanoe üzrə “Gənclər kuboku” yarışına start verilib
Azərbaycan Milli Avarçəkmə Federasiyası tərəfindən “Tariximizi birgə yaşadaq” şüarı ilə keçirilən avarçəkmə və kanoe üzrə “Gənclər kuboku” yarışına start verilib.

Mingəçevirdəki “Kür” Olimpiya Tədris Mərkəzində təşkil olunan yarışda 70-ə yaxın idmançı iştirak edir.

“Gənclər kuboku”nda idmançılar müxtəlif yaş kateqoriyasında 200 və 500 metr məsafəyə yarışlarda güclərini sınayırlar.

Yarışın keçirilməsində əsas məqsəd bu idman növlərinin keçmiş ənənələrinin bərpası və daha da inkişaf etdirilməsi, kütləviliyin təmin olunması, peşəkar komandanın formalaşdırılmasıdır.

Xəbər 412 dəfə oxundu.