“Tata Steel Masters”: Şəhriyar Məmmədyarov Sergey Karyakin ilə heç-heçə edib
Yanvarın 28-də Niderlandın Veyk-an-Zee şəhərində “Tata Steel Masters” şahmat turnirinin 11-ci turunun oyunları keçirilib.

Azərbaycan təmsilçisi Şəhriyar Məmmədyarov növbəti turda rusiyalı şahmatçı Sergey Karyakin ilə mübarizə aparıb. Ağ fiqurlarla rəqibinə qarşı mübarizə aparan şahmatçımız 23-cü gedişdə heç-heçəyə razılaşıb.

Qeyd edək ki, 10 turdan sonra Ş.Məmmədyarovun aktivində 6,5 xal var. Turnir cədvəlinə 7 xalla hazırki dünya çempionu, norveçli Maqnus Karlsen başçılıq edir.

Dairəvi sistem üzrə keçirilən yarış 13 turdan ibarətdir. Turnirdə 14 şahmatçı iştirak edir.

Xəbər 291 dəfə oxundu.