Gənclər və idman naziri Azərbaycan Kamandan Oxatma Federasiyasının fəaliyyəti ilə tanış olub
Yanvarın 28-də gənclər və idman naziri Fərid Qayıbov Azərbaycan Kamandan Oxatma Federasiyasının fəaliyyəti ilə tanış olub, yığma komandanın məşq bazası ilə maraqlanıb.

Federasiyanın baş katibi Murad İsfəndiyarov indiyədək görülən işlər və qarşıdakı planlar barədə məlumat verib.

Milli komandanın baş məşqçisi Natiq Fazilov yığma üzvləri barədə məlumat verərək bildirib ki, həftə sonları 30-dək idmançının məşq etdiyi bazanın şəraiti standartlara cavab vermədiyi üçün komanda üçün daha yaxşı şəraitin yaradılmasına ehtiyac var.

Yeniyetmə və gənc idmançılarla söhbət edən F.Qayıbov onların məşqlərini izləyib və problemləri ilə maraqlanıb. Qeyd olunub ki, hazırda idmançıların əsas hədəfi beşinci İslam Həmrəyliyi Oyunlarına hazırlıqdır.

Görüşdə nazir müavini Mariana Vasileva da iştirak edib.

Xəbər 505 dəfə oxundu.