Azərbaycan Kiberidman Federasiyasının fəaliyyətinin genişləndirilməsi istiqamətində fikir mübadiləsi aparılıb
Yanvarın 28-də gənclər və idman naziri Fərid Qayıbov Azərbaycan Kiberidman Federasiyasının fəaliyyəti ilə tanış olub.

Federasiyanın prezidenti Ramil Əliyev qurumun əsas mərkəzi olan Nizami kinoteatrında yaradılmış şərait barədə məlumat verərək bildirib ki, burada eyni vaxtda 67 nəfər yarışa qoşula bilir.
2011-ci ildən fəaliyyət göstərən və həmin ildən də beynəlxalq təşkilatın üzvü olan federasiya hər il kiberatletlərin iştirakı ilə kompüter oyunları üzrə milli çempionat keçirir.

Federasiya rəhbərliyi ilə görüş zamanı qarşıdakı planları barədə müzakirələr aparılıb. Fəaliyyətin daha da genişləndirilməsinə dair fikir mübadiləsi olub. İnformasiya Texnologiyaları sahəsində birgə ideya və layihələrin reallaşdırılması tövsiyə edilib və bildirilib ki, xüsusən də regionlarda buna böyük ehtiyac var.

Görüşdə nazir müavini Mariana Vasileva da iştirak edib.

Xəbər 455 dəfə oxundu.