Futzal üzrə Azərbaycan millisinin dörd üzvü karantinə alınıb
Avropa çempionatının final mərhələsi çərçivəsində yanvarın 29-da Bosniya və Herseqovina yığması ilə qarşılaşacaq Azərbaycan millisinin dörd üzvü karantinə alınıb.

Bu gün rəsmi məşq üçün verilmiş antigen testin nəticəsi dörd futzalçımızda pozitiv çıxıb. Buna görə də futzalçılardan Emin Kürdov və Xətai Bağırov, məşqçi Ağakərim Həsənov və həkim Fuad Sadıqov komandanın qaldığı oteldə karantinə alınıb və oyunöncəsi məşqdə iştirak etməyiblər. Onlardan götürülən PCR testinin nəticələri yanvarın 29-da günün birinci yarısında açıqlanacaq. UEFA bugünkü məşqi həkimlərlə təmin edib.

Xəbər 279 dəfə oxundu.