Cüdoçumuz Qran-Pri turnirinin yarımfinalına vəsiqə qazanıb
Portuqaliyanın Almada şəhərində keçirilən Qran-Pri turnirində Azərbaycan cüdoçusu yarımfinala vəsiqə qazanıb.

Yarışda idmançımız Balabəy Ağayev ilk qarşılaşmada özbəkistanlı Baxrom Boturov, sonrakı görüşlərdə isə İsveçrə təmsilçisi Lionel Sçvanderi və monqolustanlı Tsogt-Oçir Byambajavi məğlub edərək yarımfinala adlayıb. Yarımfinalda onun rəqibi yaponiyalı Taiki Nakamura olacaq.

Qeyd edək ki, turnirdə Azərbaycanı beş cüdoçu təmsil edir.
Yarışda 41 ölkədən 300-ə yaxın idmançı iştirak edir.

Xəbər 305 dəfə oxundu.