Binəqədi rayonunda Azərbaycan Gəncləri Günü münasibətilə şahmat turniri keçirilib
Binəqədi rayonunda 2 Fevral – Azərbaycan Gəncləri Gününün təsis edilməsinin 25 illiyi münasibətilə şahmat turniri keçirilib.

Turnir “Gənclər həftəsi” çərçivəsində Binəqədi Rayon İcra Hakimiyyətinin dəstəyi, Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının, Binəqədi Rayon Gənclər və İdman İdarəsinin və Binəqədi Gənclər Evinin birgə təşkilatçılığı ilə baş tutub.

Yarışın yekun nəticələrinə görə, “Dəmir yumruq” komandası birinci yeri tutub. İkinci yerə 283 nömrəli tam orta məktəbin “Şuşa” komandası, üçüncü yerə isə “Qələbə” komandası sahib olublar.

Turnirdə fərqlənən komandalar müvafiq dərəcəli diplomlarla mükafatlandırılıblar.

Xəbər 292 dəfə oxundu.