Azərbaycan millisinin iki futzalçısı sıraya dönüb
Futzal üzrə Avropa çempionatının final mərhələsində yanvarın 29-da Bosniya və Herseqovina yığması ilə qarşılaşacaq Azərbaycan millisi Qroningen şəhərindən Amsterdama gəlib. Komandamız matçın baş tutacağı “Ziggo Dome”də bərpa məşqi keçirib.

Azsport.az Azərbaycan Futzal Federasiyasına istinadla xəbər verir ki, milli bu gün oyun öncəsi çalışmasını Bakı vaxtı ilə saat 15:30-da reallaşdıracaq. Məşqdən əvvəl baş məşqçi Joze Alesio Da Silvanın və İsa Atayevin iştirakı ilə mətbuat konfransı təşkil olunacaq. Qaydalara uyğun olaraq həm rəsmi məşq, həm də oyun günü komanda üzvlərindən antigen test götürüləcək.

Heyətlə bağlı da müəyyən dəyişikliklər var. İlk iki oyunda sarı vərəqə alan Fineo De Arauje cəzalı duruma düşüb və qrupun sonuncu oyununda komandamıza kömək edə bilməyəcək. Əvəzində bir həftə əvvəl COVID-19 anticism və PCR analizləri pozitiv çıxan və qaldıqları hotel otağında karantinə alınan, Gürcüstan və İspaniyaya qarşı matçlarda iştirak etməyən Qallo və Rövşən Hüseynli bu gündən sərbəstdirlər. Buna görə də hər iki futzalçı Amsterdama gələrək komandaya qoşulub.

Xəbər 305 dəfə oxundu.