“Tata Steel Masters”: Şəhriyar Məmmədyarov növbəti turda Sergey Karyakin ilə qarşılaşacaq
Yanvarın 28-də Niderlandın Veyk-an-Zee şəhərində “Tata Steel Masters” şahmat turnirinin 11-ci turunun oyunları keçiriləcək.

Azərbaycan təmsilçisi Şəhriyar Məmmədyarov növbəti turda rusiyalı şahmatçı Sergey Karyakin ilə mübarizə aparacaq.

Qeyd edək ki, doqquz turdan sonra Ş.Məmmədyarov 6 xalla 3-cü pillədə qərarlaşıb. Turnir cədvəlinə 7 xalla hazırkı dünya çempionu, norveçli Maqnus Karlsen başçılıq edir.

Dairəvi sistem üzrə keçirilən yarış 13 turdan ibarətdir. Turnirdə 14 şahmatçı iştirak edir.

Xəbər 295 dəfə oxundu.