“Neftçi” növbəti transferini reallaşdırıb
“Neftçi” qış fasiləsində növbəti transferini gerçəkləşdirib.

“Ağ-qaralar” Rusiyanın “Ufa” klubundan ayrılan Azərbaycan əsilli yarımmüdafiəçi Azər Əliyevi heyətinə qatıb. Paytaxt təmsilçisi 28 yaşlı oyunçunun keçidini feysbuk səhifəsində paylaşdığı video ilə açıqlayıb.

Futbolçu ilə 3,5 illik müqavilə bağlanıb. 27 yaşlı yarımmüdafiəçi paytaxt təmsilçisində 7 nömrəli formanı geyinəcək. Azər Əliyev Rusiyada "Ufa" ilə yanaşı, "Yenisey", "Saxalin", "Krılya Sovetov" və "Tambov" klublarının da formasını geyinib.

Qeyd edək ki, "Neftçi" bundan əvvəl müdafiəçi Azər Salahlı, yarımmüdafiəçilər Eddi İsrafilov, Gilyerme Pato və qapıçı İvan Brkiçi transfer edib.

Xəbər 272 dəfə oxundu.