Portuqaliya Qran-Prisində 5 cüdoçumuz iştirak edəcək
Yanvarın 28-30-da Portuqaliyanın Almada şəhərində keçiriləcək Qran-Pri turnirində 5 cüdoçumuz iştirak edəcək.

Kişilərin yarışında ölkəmizi Balabəy Ağayev, Rövşən Əliyev (60 kq), Adil Kərimli (100 kq), İmran Yusifov, Uşanqi Kokauri (+100 kq) təmsil edəcəklər. Digər cüdoçuların PCR testlərinin nəticələri pozitiv olduğu üçün, bəziləri isə digər səbəblərdən yarışda iştirak etməyəcəklər.

Turnirdə 41 ölkədən 300-ə yaxın idmançının iştirakı gözlənilir.

Xəbər 282 dəfə oxundu.