“Pekin-2022” Qış Olimpiya Oyunlarına gələn insanlar arasında 23 yeni koronavirusa yoluxma halı aşkarlanıb
Çin hökuməti “Pekin-2022” Qış Olimpiya Oyunlarına gələn insanlar arasında 23 yeni koronavirusa yoluxma halı aşkarlayıb.

Bu barədə Təşkilat Komitəsi məlumat yayıb.

Qeyd edilib ki, yanvarın 26-da Çinə gələn 351 nəfərdən 15-də yoluxma halı müəyyən edilib. Olimpiadaya əvvəllər gələnlər arasında isə daha 8 nəfərin koronavirusa yoluxduğu aşkarlanıb.

Azərbaycan “Pekin-2022”də fərdi fiqurlu konkisürmə idman növündə iki idmançı ilə təmsil olunacaq. Dördilliyin zirvə yarışında idmançılarımızdan Yekaterina Ryabova və Vladimir Litvintsev mübarizə aparacaqlar. Azərbaycan komandasının bayraqdarı Vladimir Litvintsev olacaq.

Olimpiya Oyunları fevralın 4-dən 20-dək Pekində keçiriləcək.

Xəbər 290 dəfə oxundu.