Azərbaycan güləşçisi nüfuzlu turnirdə finala yüksəlib | |
Rusiyanın Krasnoyarsk şəhərində güləş üzrə ikiqat olimpiya çempionu İvan Yarıginin xatirə turniri start götürüb. Birinci yarış günündə qadınlardan ibarət milli komandanın 2 üzvü xalça üzərinə çıxıb. 50 kq-da mübarizə aparan Şəhanə Nəzərova ilk görüşdə rusiyalı Darima Sanjeyevaya mainimal fərqlə uduzub - 2:3. 59 kq çəki dərəcəsində yer alan Alyona Kolesnik startda rusiyalı Yuliya Artışkoya "tuşe" ilə qalib gəlib. Təcrübəli idmançı 1/4 finalda Monqolustan təmsilçisi Şovdur Baatarjavı sonuncu xal prinsipinə əsasən (6:6) üstələyərək yarımfinala yüksəlib. Kolesnik bu raundda da Rusiya güləşçisi ilə qarşılaşıb. Yuliya Alborova üzərində tam üstünlüklə qələbə (14:1) qazanan Azərbaycan təmsilçisi adını finala yazdırıb. Qeyd edək ki, Alyona Kolesnik yanvarın 28-də keçiriiləcək həlledici görüşdə rusiyalı Jarqalma Tsırenova ilə qarşılaşacaq. |
|
Xəbər 323 dəfə oxundu. |
|
|