Şahmatçımız Serbiyada keçirilən beynəlxalq turnirdə liderliyini davam etdirir
Serbiyanın Novi Sad şəhərində şahmat üzrə beynəlxalq turnir davam edir.

Yarışda Azərbaycanı təmsil edən Fərid Orucov dördüncü turun oyununu heç-heçə ilə başa vurub. Ötən turların nəticəsinə görə, şahmatçımız 3,5 xalla liderliyini davam etdirir. İsveçrə sistemi üzrə keçirilən turnir 8 turdan ibarətdir. Yarışda 12 şahmatçı iştirak edir ki, onlardan da 4-ü qrosmeysterdir.

Xəbər 254 dəfə oxundu.