Bakının “Neftçi” klubu növbəti transfer çalışmasını bitirib
Bakının “Neftçi” klubu növbəti transfer çalışmasını bitirib.

Klub rəhbərliyi uzun müddət danışıq apardığı Azər Əliyevin keçidi həllini tapıb.

Bakı təmsilçisi futbolçunu “Ufa”dan 6 aylıq icarəyə götürüb. Yayda isə tərəflər yenidən danışıqlar masası arxasına əyləşəcək və şərtlər üst-üstə düşərsə, Rusiya klubundan onun transfer hüququ birdəfəlik alınacaq.

“Yenisey”in yetirməsi olan 27 yaşlı cinah oyunçusu daha əvvəl “Saxalin”, “Krılya Sovetov” və “Tambov”da çıxış edib.

Xəbər 324 dəfə oxundu.