Azərbaycan millisinin oyunu azarkeşlərin iştirakı ilə keçiriləcək
Futzal üzrə Azərbaycan millisinin Avropa çempionatının qrup mərhələsindəki sonuncu - üçüncü görüşü azarkeşlərin iştirakı ilə keçiriləcək.

Buna Niderland hökumətinin koronavirusla bağlı karantin rejimində yumşalmaya getməsi səbəb olub.

Hökumət oyunları müəyyən sayda tamaşaçının izləməsinə imkan yaradıb. Bunu nəzərə alan UEFA bu gündən bilet satışını bərpa edəcək. Üstünlük əvvəlcədən bilet alanlara veriləcək. Boş yer qalarsa, yanvarın 27-dən həmin yerlər üçün də bilet satışı həyata keçiriləcək. Azarkeşlərin zallara buraxılmasına isə yanvarın 29-da icazə veriləcək. Azərbaycan yığması həmin gün Bosniya və Herseqovina ilə görüşəcək.

Qeyd edək ki, ilk görüşündə Gürcüstana 2:3 hesabı ilə uduzan komanda bu gün İspaniya ilə üz-üzə gələcək.

Xəbər 297 dəfə oxundu.