Flavio Briatore yenidən Formula 1-ə qayıda bilər
“Benneton” və “Reno” klublarının sabiq rəhbəri Flavio Briatore yenidən Formula 1-ə qayıda bilər.

İtaliyalı mütəxəssisin yaxın vaxtlarda “Alpin”lə müqavilə imzalayacağı gözlənilir. O məsləhətçi vəzifəsini yerinə yetirəcək.

Briatore bu postda Formula 1 üzrə dördqat dünya çempionu Alen Prostu əvəzləyəcək. Bir neçə gün əvvəl “Alpin” fransalı funksionerlə yollarını ayırdığını bəyan etmişdi.

Xəbər 302 dəfə oxundu.