Azərbaycan Gəncləri Gününə həsr olunmuş voleybol turniri keçirilib
Binəqədi rayonunda 2 fevral – Azərbaycan Gəncləri Gününə həsr olunmuş qızlar arasında voleybol turniri keçirilib.

Turnir Binəqədi Rayon Gənclər və İdman İdarəsinin (BRGİİ) təşkilatçılığı ilə 248 nömrəli tam orta məktəbdə baş tutub.

Yekun nəticələrə görə, turnirdə birinci yeri 248 nömrəli tam orta məktəbin komandası tutub. İkinci və üçüncü yerlərə, müvafiq olaraq 267 və 244 nömrəli orta məktəblərin voleybolçuları sahib olublar.

Sonda yüksək nəticə göstərmiş komandalar mükafatlandırılıblar.

Xəbər 309 dəfə oxundu.