Millimizin sabiq üzvü ən bahalı futbolçular arasında yer alıb | |
Almaniya Regional Liqasının ən bahalı futbolçuları müəyyənləşib. Siyahıda Azərbaycan milli komandasının sabiq üzvü Rüfət Dadaşov da yer alıb. “Şalke”nin əvəzedici komandasında çıxış edən hücumçunun dəyəri 200 min avro göstərilib. R.Dadaşov 8 futbolçu ilə birlikdə 9-16-cı yerləri bölüşdürür. Regional Liqanın ən bahalı futbolçusu “Köln”ün əvəzedici komandasının hücumçusu Tim Lemperledir. On doqquz yaşlı oyunçunun dəyəri 1 milyon avrodur. Futbolçu cari mövsüm “Şalke”nin əvəzedici komandasının heyətində 14 oyunda 6 qol vurub. |
|
Xəbər 265 dəfə oxundu. |
|
|