Bakıda keçiriləcək batut gimnastikası üzrə dünya kuboku yarışlarında 14 ölkədən 63 idmançı iştirak edəcək
Fevralın 12-13-də Milli Gimnastika Arenasında batut gimnastikası üzrə dünya kuboku yarışları keçiriləcək.

Azsport.az Azərbaycan Gimnastika Federasiyasının feysbuk səhifəsində istinadla xəbər verir ki, 2022-ci ildə federasiyanın keçirəcəyi ilk beynəlxalq yarışda 14 ölkədən 63 idmançının iştirakı gözlənilir.

Yarışlar “İdman TV” telekanalı vasitəsilə canlı yayımlanacaq.

Turnirdə ölkəmizi Selcan Maqsudova təmsil edəcək.

Xəbər 545 dəfə oxundu.