Respublika Olimpiya Mərkəzində atletika üzrə Antipov memorialı keçiriləcək
Yanvarın 27-28-də Respublika Olimpiya Mərkəzində Əməkdar məşqçi Aleksandr Antipovun xatirəsinə həsr olunmuş tullanmalar üzrə XIII beynəlxalq memorial keçiriləcək.

Yarışda Azərbaycan və Rusiyadan atletlər iştirak edəcəklər.

Turnirdə kişilər, 2002-ci il təvəllüdlü və daha kiçik yaşlı oğlanlar və qızlar uzununa, üçtəkanla və yakut tullanmalarında mübarizə aparacaqlar.

Xəbər 290 dəfə oxundu.