Futzal üzrə Avropa çempionatının final mərhələsində Azərbaycan millisi İspaniya yığması ilə qarşılaşacaq
Bu gün futzal üzrə Avropa çempionatının final mərhələsində Azərbaycan millisi ikinci oyununu keçirəcək.

Komandamız Bakı vaxtı ilə saat 23:30-da İspaniya yığması ilə qarşılaşacaq. Oyun İTV vasitəsilə canlı yayımlanacaq.

Niderlandın Qroningen şəhərindəki “Martini Plaza”da keçiriləcək matçın baş hakimi portuqaliyalı Migel Kastilho olacaq. Ona Qabor Kovacs (Macarıstan) və Petar Radojcic (Serbiya) kömək edəcəklər.

D qrupunda mübarizə aparan Azərbaycan millisi ilk oyununda Gürcüstan komandasına 2:3 hesabı ilə uduzub. İspaniya seçməsi isə Bosniya və Herseqovinaya qalib gəlib - 5:1.

Qrupun digər oyununda Gürcüstan millisi Bosniya və Herseqovina yığması ilə münasibətlərinə aydınlıq gətirəcək.

Xəbər 280 dəfə oxundu.