Cüdo üzrə yeni qaydalarla bağlı keçirilən seminarlar başa çatıb
Azərbaycan Cüdo Federasiyasının (ACF) təşkillatçılığı ilə cüdo üzrə yeni qaydalarla bağlı keçirilən seminarlar başa çatıb.

Beynəlxalq dərəcəli hakim Vladimir Nutsubidzenin iştirakı ilə sonuncu seminar “Cüdo 2012” klubunun təlim-məşq mərkəzində təşkil olunub.

Təlimdə yeniyetmələrdən ibarət milli komandanın məşqçiləri, idmançıları, həmçinin müxtəlif klub, idman cəmiyyətləri və təşkilatların baş məşqçiləri də iştirak ediblər.

Yanvarın 24-25-də keçirilən seminarların əsas məqsədi Beynəlxalq Cüdo Federasiyasının (IJF) tətbiq etdiyi son dəyişikliklərin hakimlər, məşqçilər və idmançılar tərəfindən mənimsənilməsinə nail olmaq və bununla da idmançılarımızın beynəlxalq və yerli yarışlarda yüksək səviyyədə iştirakını təmin etməkdir.

Qeyd edək ki, yeni qaydalar daxili yarışlarda 2022-ci ilin mart ayından etibarən tətbiq edilməyə başlanacaq.

Xəbər 290 dəfə oxundu.