"Qarabağ" Antalyada sonuncu yoxlama oyununu keçirib
"Qarabağ" Türkiyənin Antalya bölgəsindəki təlim-məşq toplanışında sonuncu yoxlama oyununu keçirib.

Ağdamlılar Polşanın "Visla" (Krakov) komandası ilə qarşılaşıb. Görüşdə qapılara qol vurulmayıb. 53-cü dəqiqədə qapıçı Emil Balayev rəqibin penalti zərbəsini dəf edib.

Qurban Qurbanovun baş məşqçi olduğu komanda günün ilk yarısında Çexiyanın "Bohemians" kollektivi ilə üz-üzə gəlməli olsa da, qarşılaşma qara görə ləğv olunub.

Qeyd edək ki, "Qarabağ" Antalyadakı ilk matçında Rumıniyanın "Qaz Metan" klubu ilə qolsuz heç-heçə edib. Ağdam təmsilçisi ikinci sınağında Serbiyanın "Baçka Topola" klubuna 0:1, üçüncü görüşündə Polşa "Şlyonsk"una 2:3 hesabı ilə uduzub.

Xəbər 286 dəfə oxundu.