“Qarabağ”ın “Visla” (Krakov) ilə yoxlama oyununun vaxtı dəyişdirilib
Ağdamın “Qarabağ” klubunun Polşanın “Visla” (Krakov) klubu ilə yoxlama oyununun vaxtı dəyişdirilib.

Matç əvvəlcədən qeyd edildiyi kimi Bakı vaxtı ilə saat 18:00-da deyil, 15 dəqiqə tez - 17:45-də start götürəcək.

İki komanda arasında əldə edilmiş razılığa əsasən, hazırlıq oyunu 3 hissədən ibarət olacaq.

Qeyd edək ki, “Qarabağ”ın Çexiyanın “Bohemians” klubu ilə yoxlama oyunu Antalyaya qar yağması səbəbindən ləğv olunub. Hazırda "Gloria Sport Arena"nın meydançası qardan təmizlənir.

Xəbər 267 dəfə oxundu.