İspaniya – Azərbaycan oyununu idarə edəcək hakimlər müəyyənləşib
Futzal üzrə Avropa çempionatının final mərhələsi çərçivəsində yanvarın 26-da keçiriləcək İspaniya – Azərbaycan oyununu idarə edəcək hakimlər müəyyənləşib.

Azsport.az Azərbaycan Futzal Federasiyasına istinadla xəbər verir ki, matçın baş hakimi portuqaliyalı Migel Kastilho olacaq. Ona Qabor Kovacs (Macarıstan) və Petar Radojcic (Serbiya) kömək edəcəklər.
Matç Niderlandın Qroningen şəhərindəki “Martini Plaza”da Bakı vaxtı ilə saat 23:30-da start götürəcək.

Qeyd edək ki, D qrupunda mübarizə aparan Azərbaycan millisi ilk oyununda Gürcüstan komandasına 2:3 hesabı ilə uduzub.

Xəbər 269 dəfə oxundu.