Qış olimpiadasında koronavirusa yoluxanların sayı artıb
Çinin paytaxtı Pekində keçiriləcək Qış Olimpiya Oyunlarında koronavirusa yoluxanların sayı artıb.

Daha 12 nəfərin testi pozitiv çıxıb.

Beləliklə, olimpiadada koronavirusa yoluxanların sayı 88-ə çatıb.

Qeyd edək ki, Pekin-2022 Qış Olimpiya Oyunları 4 - 20 fevralda keçiriləcək. Azərbaycanın fiqurlu konkisürənləri Vladimir Litvintsev və Yekaterina Ryabova olimpiadaya lisenziya qazanıb.


Xəbər 330 dəfə oxundu.