“Qarabağ” klubunun “Bohemians” ilə yoxlama görüşü ləğv edilib
Antalyada təlim-məşq toplanışında olan Ağdamın “Qarabağ” klubunun “Bohemians” ilə yoxlama görüşü ləğv edilib.

Bunu Çexiya klubunun mətbuat xidməti açıqlayıb.

Matçın ləğvinə güclü qar səbəb olub. Meydança qar altında qaldığından görüşün keçirilməsi mümkün olmayıb.

Qeyd edək ki, görüş saat 12:00-da başlamalı idi.

Xəbər 270 dəfə oxundu.